USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 8 BOKT-un aktivi 1 milyon manatdan azdır

07.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanda ən az aktivləri olan bank olmayan kredit təşkilatları (BOKT) məlum olub.

FED.az-ın apardığı araşdırmadan belə məlum olub ki, 45 BOKT arasında 8-nin aktivi 1 milyon manatdan azdır. Qeyd edək ki, araşdırma BOKTların 2018-ci il üzrə göstəriciləri arasında aparılıb.

Aktivləri 1 milyon manatdan az olan BOKT-lar aşağıdakılardır.

BOKT-lar

Aktivlər min manatla

Viza Kredit

983,0

TCF

847,6

Qafqaz Kredit

827,9

Caspian İnvest

564,3

KREDEX

487,8

Azinvestkredit

421,1

Falcon Finance

311,3

Regional

248,8

Məlumat üçün bildirək ki, ötən il 45 BOKT dan yalnız 37-si maliyyə göstəricilərini açıqlayıb. Bank olmayan kredit təşkilatlarından 3-ü 2019-cu ildə yaranıb, 5-si isə ümumiyyətlə maliyyə göstəricilərini açıqlamayıb.