USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank kartlarından nağd pulun çıxarılması azalıb

08.10.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar – avqust dövründə (8 ay ərzində) debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 14 milyard 265 milyon manat təşkil edib.

"Kommersant.az" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi əməliyyatların 10 milyard 613 milyon manatını və ya 74%-ni nağd pulun çıxarılması təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar – avqust dövründə debet və kredit kartları vasitəsilə aparılmış 11 milyard 376 milyon manatlıq əməliyyatların 8 milyard 866 milyon manatını və ya 78%-ni nağd pulun çıxarılması təşkil etmişdi.