USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan tütün və tütün məmulatları ixracını artırıb

17.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 87 435,84 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Kommersant.az"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 533,03 min dollar və yaxud 15% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,84%-ni təşkil edib.

Bu ilin 9 ayı ərzində Azərbaycandan 11 309,19 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 3 400,65 min dollar və yaxud 43% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,08%-nə bərabər olub.