USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda iki YDM qaz təchizatı mənbəyinə qoşulub

18.10.2019 İqtisadiyyat
0 0
Bakıda iki yanacaqdoldurma məntəqəsi (YDM) qaz təchizatı mənbəyinə qoşulub.

“Kommersant.az” “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.