USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtda işçilərin orta maaşı 4,4% artıb

31.10.2019 İqtisadiyyat
1 0
Bu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 4,4% artaraq 822,2 manat təşkil edib.

"Kommersant.az" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.