Bakıya 458 yeni lift gətirilib

01.11.2019 İqtisadiyyat
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Təqdimat mərasimində əvvəlcə Wittur Holding GMBH şirkətinin Global satış şöbəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat vermiş, video-çarx nümayiş etdirilib.

Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunub, Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov, şirkətin marketinq direktoru Gerd Imbusch və Avropa satış şöbəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat veriblər.

Bildirilib ki, imzalanmış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.

KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı YPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib.

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

  • Əvvəlki

    Dünya bazarında təbii qaz ucuzlaşıb

Digər xəbərlər

16.05.2022 İqtisadiyyat
Çin iqtisadiyyatında böyük çöküş
0 0
16.05.2022 İqtisadiyyat
Lirə kəskin ucuzlaşdı
0 0
13.05.2022 İqtisadiyyat
Qazaxıstan şəkər ixracına qadağa qoyub
0 0
11.05.2022 İqtisadiyyat
Mərkəzi Bank holdinqi cərimələyir
0 0