USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR müəssisələrinin rəhbərliyində dəyişiklik aparılıb

01.11.2019 İqtisadiyyat
0 0
SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

Bu barədə "Kommersant.az"a SOCAR-dan bildirilib.

Dəyişikliklərə əsasən, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.