USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib

06.11.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib.

Palata auditorların fəaliyyətinin məcburi qaydada dayandırılmasının səbəblərindən biri kimi onların üzvlük haqqı ödəməmələrini göstərib.

Bundan başqa, qurum 10 ay ərzində 25 auditor təşkilatına və 3 sərbəst auditora fəaliyyət üçün icazə verib.

Beləliklə, noyabrın 1-nə ölkədə 105 auditor təşkilatı və 45 sərbəst auditor fəaliyyət göstərib. (Report.Az)