USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Palatasının rəhbərliyindən bank rəhbərliyinə təyinat

13.11.2019 İqtisadiyyat
0 0
Azərbaycanın bank sektorunda yeni mühüm təyinat baş tutub.

"Kommersant.az" FED.az-a istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Palatanın hüquq və icraat departamentinin rəhbəri Əfqan Baxışov kommersiya bankına təyinat alıb.

Ə.Baxışov fəaliyyətini ölkənin aparıcı banklarından biri olan «AccessBank»da davam etdirəcək.

FED.az-ın əldə etdiyi məlumata görə, Ə.Baxışov bankın icraçı direktoru təyin edilib.