USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

15.11.2019 İqtisadiyyat
0 0
Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 27 781,96 bəndədək, Nasdaq indeksi 0,04% – 8 479,02 bəndədək enib, S&P 500 indeksi isə 0,08% – 3 096,63 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında noyabrın 15-də FTSE 100 indeksi 0,80% – 7 292,76 bəndədək, Almaniya DAX-ı 0,38% – 13 180,23 bəndədək, Fransa CAC-40 isə 0,10% – 5 901,08 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% artaraq 1 469,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1,1020 dollar təşkil edib.