USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəmizə xaricdən rekord məbləğdə geyim məhsulları gətirilib

15.11.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 234,68 milyon dollar həcmində geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib.

Bu isə ötənilki dövrlə müqayisədə kəskin fərqlə yanaşı, ölkəyə idxal edilən ümumi məhsulda mühüm paya sahib olması deməkdir. Belə ki bu növ məhsulların Azərbaycanın ümumi idxal payında 2,05% payı vardır.

Bundan əlavə ölkəyə hesabat dövrü ərzində xaricdən 84,4 milyon dollarlıq mebel daxil olub. Bu ötən ilin eyni dövründə 86,42 milyon dollar idi.