USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-a yeni vitse-prezident təyin olunub

03.12.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

"Kommersant.az"ın “Azneft” İstehsalat Birliyinə istindən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.