USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Aqrolizinq" bahalı avtomobil alıb

03.12.2019 İqtisadiyyat
0 0
“Aqrolizinq” ASC noyabrın 29-da 298 min manat dəyərində “Lexus” minik avtomobili almaq üçün “Lexus-Bakı” MMC ilə müqavilə bağlayıb.

Bu, dövlət şirkətləri üçün rəqabətli satınalma proseduru yolu ilə əldə edilən ən bahalı avtomobillərdən biridir.

Dövlət şirkətində satınalma prosedurunun protokolunun nəzarət orqanı tərəfindən təsdiqlənmədə olduğunu əsas gətirərək yeni avtomobil almasının səbəblərini bildirməkdən imtina ediblər.

Elmin Rəhmanov bu ilin iyul ayında “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. Ondan əvvəl şirkətin sədr müavini idi. ("Turan")