Yeni ildən mağaza sahibləri hansı halda sadələşdirilmiş vergidən istifadə edə biləcək?

27.12.2019 İqtisadiyyat
Fərdi sahibkar kimi özümə məxsus təsərrüfat subyektində (mağazada) pərakəndə ticarət fəaliyyəti qaydasında – məsələn dəftərxana ləvazimatlarının satışı ilə məşğul olursunuz. Bəzi hallarda malların vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə satışını həyata keçirirsiz. Belə olan halda, fəaliyyətimi sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirmək olarmı?

"Kommersant.az" xəbər verir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliy – yatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, həmin vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu saxlayır.

Əsas: Vergi Məcəlləsi, 218.6.1-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi misal

Ümumi ticarət əməliyyatlarının həcmi = 40.000 manat;

Rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi = 10.000 manat.

Bu halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların vergi ödəyicisinin ümumi ticarət əməliyyatlarında xüsusi çəkisi 25 faiz (10.000/40.000×100%) təşkil edir.

Göründüyü kimi, rüb ərzində topdansatış qaydasında elektron qaimə-faktura təqdim etməklə həyata keçirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığından, vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər.