USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiyanın təsirini azaltmaq üçün Avropaya 1 milyard dollar ayıracaq

15.02.2020 İqtisadiyyat
0 0
ABŞ Avropa İttifaqının layihələrini maliyyələşdirmək üçün 1 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib. Onun sözlərinə görə, Vaşinqtonun bunu etməkdə məqsədi Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqdır.

"3 dəniz təşəbbüsü çərçivəsində layihələr üçün 1 milyard dollara yaxın vəsait ayırmağa qərar vermişik. Bu, avropalı dostlarımızın suverenliyini, firavanlığını və enerji müstəqilliyini təmin edəcək", - deyə dövlət katibi 56-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, həmçinin Rusiyanın "Şimal Axını - 2" qaz boru kəmərinin sırf iqtisadi layihə olması ilə bağlı fikirlərinə inanmamağa çağırıb.

Üç Dəniz Təşəbbüsü, Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrini bir araya gətirir. İştirak edən ölkələrin Adriatik, Baltik və Qara dənizlərə çıxışı var.