BNA rəhbərinin şirkətlərinin - SİYAHISI

15.02.2020 İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə məxsus şirkətlərin siyahısı yayılıb.

"Kommersant.az"-ın xəbərinə görə, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

C.Həsənli bildirib ki, Vüsal Ağaməmməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş "GLOBAL VALUE GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir: "Şirkət BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.

BNA rəhbərinin təsis etdiyi daha bir şirkət – "GMSA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı ŞƏHƏRİ NƏSİMİ RAYONU, 20 YANVAR, ev 3, m. 13-dədir.

Vüsal Kərimlinin təsisçisi olduğu "GMSA" MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında "K GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yaradılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarlndan biridir, avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.

Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş "İTPRO SOLUTİONS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir".