USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Onlar 10 il müddətinə vergidən azad edildilər - Baş nazirdən QƏRAR

13.03.2020 İqtisadiyyat
0 1
"Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla aidiyyəti dövlət orqanlarına tapşırıq verilib.

Tapşırıqda deyilir ki, bu qərarla təsdiq edilmiş meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısı hər il üzrə rəsmi internet səhifələrində yerləşdirilməlidir.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə nəzər yetirək. Bildirilir ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi vergidən azaddır.

Belə ki, 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur.

Lakin səhmlərinin 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər, dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna təşkil edir.

Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq olunur.