Azərbaycanda avtomobillərin qiyməti enə bilər - VİDEO

13.03.2020 İqtisadiyyat
Hazırda Azərbaycan bazarında 20-dən artıq brendin avtomobilləri satılır. İllik təlabatımız da 40 min maşındır. Və bu avtomobillərin də içərisində böyük bir qismi 2-ci əl maşınlardır. Parkın yenilənməsi üçün Azərbaycanda yerli zavodlar da yaradıldı ki, əhali bu avtomobillərdən alıb istifadə eləsin.

"Kommersant.az" xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Ruslan Musayev – Ekspert: "Qiyməti diapozonu da 14-20 min manat arasındadır. Hesab edirəm ki, Azərbaycan üçün normaldır. Aşağı olması da yaxşı olardı. Daha çox alıcı cəlb edə bilərdi”

Amma enmədi. Çünki bu qiymətlərə bazarda ikinci əl olsa da, daha komfortlu nəqliyyat vasitəsi almaq mümkür. Kreditləşdirmə şərtləri də alıcıları cəlb etmir. Amma az çox lizinq şərtləri münasib sayılsa da, o da çıxış yolu deyil.

Eldəniz Cəfərov – Ekspert: "Yerli istehsal üçün kredit şərti ilkin olaraq 20% tətbiq edilə bilər, illik isə 9-10 %.Bu zaman vətəndaşlarımız təbii ki, köhnə avtomobillərə üstünlük verməzlər, yerli istehsala üstünlük verərlər”.

Əhalinin yerli istehsal avtomobillərə marağı artırmaq üçün, eləcə də, ölkəyə kompleks ehtiyyat hissələri rüsumlardan azad edilib. Mütəxəssislər deyir ki, bu da çıxış yolu deyil.

Eldəniz Cəfərov – Ekspert: "Bu avtomobillərin ehtiyyat hissələrinin ən azı 20-30 faizi istehsal olunmalıdır. Biz yığım zavodunu qırmaqla işi bitmiş hesab edə bilmərik. Bu doğru deyil. Həmin avtomobillərin ehtiyyat hissələri də Azərbaycanda istehsal olunmalıdır”.

Ruslan Musayev – Ekspert: "Yerli istehsalçılara yardım etməklə, kömək etməklə, güzətlərə getməklə yerli istehsalçıları avtomobil sektoruna girməyə maraqlandırmaq olar. Daxil ola bilərlər, ehtiyyat hissləri təklif edə bilərlər. Gələcəkdə avtomobillərin qiyməti aşağı düşə bilər. Belə bir ehtimal var. Amma mən indiyə kimi qiymətin düşməyini görməmişəm”.

Qeyd edək ki, Gəncə və Neftçalada avtomobil istehsalı zavodları olsa da, onlardan yalnız biri minik avtomobilləri üçün ixtisaslaşıb və illik 3000 nəqliyyat vasitəsi istehsal gücü olsa da, təlabatdan asılı olaraq ötən il min maşın konveyerdən çıxıb.

  • Əvvəlki

    Banklar hazırkı dollar satışı şərtlərini açıqladı - SİYAHI

Digər xəbərlər

VTB