USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiyaya görə Bakıda kirayə mənzillər ucuzlaşıb

26.05.2021 İqtisadiyyat
0 0
Bakıda aprel ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.

“Kommersant.az” Trend.az-a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov açıqlama verib.

Ekspert bildirib ki, aprel ayında Bakıda kirayə mənzil qiymətləri 4.6 faiz ucuzlaşıb.

Onun sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.