USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkə iqtisadiyyatında dərin tənəzzülün qarşısı alınıb - Maliyyə naziri

27.05.2021 İqtisadiyyat
0 0
“Koronavirus pandemiyasına, 44 günlük müharibəyə, qlobal iqtisadi böhrana, neftə tələbatın və onun qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də apardığı uzaqgörən siyasət və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub-saxlanıb”.

“Kommersant.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Mlli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Hesabat ilində götürülmüş sosial və iqtisadi öhdəliklərin yerinə yetirildiyini deyən nazir qeyd edib ki, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub:

“Operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi qorunub”.