USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Deputatların bütün təklif və şərhləri nəzərə alınır” - Maliyyə naziri

08.06.2021 İqtisadiyyat
0 0
“Sizləri əmin etmək istəyirəm ki, burada səsləndirilən bütün təklif və şərhlər nəzərə alınır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu, Milli Məclis və Maliyyə Nazirliyi arasında işgüzar əlaqələrin nəticəsidir.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, hər birimiz bu xalqın nümayəndəsiyik: “Bu müzakirələrin çox böyük faydası var. Biz eşitdiyimizi, bizə deyilənləri sizə çatdırmalıyıq”.