USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır” - NAZİR

08.06.2021 İqtisadiyyat
0 0
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.

"Kommersant.az" xəbər verir ki, bunu Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşündə deyib..

Nazir bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan və Türkiyə arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.