USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Vergi Xidmətinin gəlirləri və xərcləri açıqlandı

08.06.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2020-ci ildə 190,752 milyon manat gəlir əldə edib.

"Kommersant.az" xəbər verir ki, bu 2019-cu illə müqayisədə 57% çoxdur.

Ötənilki gəlirləri 190,706 milyon manatı qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 57% çox), 46 min manatını isə sair əməliyyat gəlirləri (4,6 dəfə çox) təşkil edib.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin xərcləri isə 44,161 milyon manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur.

O cümlədən il ərzində qurumun əmək haqqı və işçilərlə bağlı digər xərcləri 38,9% artaraq 25,242 milyon manat, sərf etdiyi materialların dəyəri 9,4% azalaraq 997 min manat, amortizasiya xərcləri 5,9% azalaraq 1,604 milyon manat təşkil edib.

Digər əməliyyat xərcləri 23,1% artaraq 16,318 milyon manat, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərcləri isə 2 dəfə artaraq 1,503 milyon manat təşkil edib.