USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkarların nəzərinə - DİQQƏT

24.06.2021 İqtisadiyyat
0 0
Azərbaycanda sahibkarlar üçün vahid elektron ticarət (b2bask.az) və elektron aqrar (b2bagro.az) platformaları yaradılıb.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib.

Qeyd olunub ki, hazırda platformalara sahibkarların məhsullarının yüklənilmə prosesinə başlanılıb.

Sözügedən platformalar ölkədə ilk B2B platformalar olaraq, yerli və xarici şirkət və sahibkarların məhsullarını yerli və MDB ölkələrinin bazarlarında onlayn tanıtımı və satışına hərtərəfli dəstək göstərmək, alıcı və partnyor, təchizatçı və diler tapmaqda kömək etmək üçün yaradılıb.