USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft bahalaşmağa başladı

09.07.2021 İqtisadiyyat
0 0
Birjalarda neftin qiyməti yenidən bahalaşmağa doğru istiqamətlənib.

“Kommersant.az” xəbər verir ki, Bakı vaxtı ilə 08:56 radələrində Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 11 sent, yaxud 0.15% bahalaşmaqla 74.23 dolar olmuşdur.

Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 20 sent, yaxud 0.27% bahalaşmaqla 73.14 dollar olmuşdur.

Bu arada, EIA neftin Brentin bahalaşacağını düşünür.

“İyun ayında “Brent” markalı neftin istinad qiymətləri orta hesabla 73 ABŞ dolları təşkil edib ki, bu da may ayına nisbətən 5 ABŞ dolları, ötən ilin müvafiq dövrünə nisbətən isə 33 ABŞ dolları çoxdur. Qarşıdakı aylar ərzində OPEC+ ölkələrinin neft hasilatının istehlakı üstələyəcəyini gözləyirik. Həmçinin hasilatın artması nəticəsində ötən ilin böyük hissəsində qeydə alınmış dünya neft ehtiyatlarının azalmasına son qoyaraq qiymətləri cari ilin ikinci yarısında da mövcud 72 ABŞ dolları səviyyəsində saxlayacağını da gözləyirik”, – deyə, Enerji Məlumatları Administrasiyasının (EIA) aylıq hesabatında bildirilir.