USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

10.08.2021 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

“Kommersant.az” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.