USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın içkilər və tütün məmulatlarının satışından gəliri 1 milyardı ötüb

13.08.2021 İqtisadiyyat
0 0
Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında içkilər və tütün məmulatlarının satışından 1 203.2 milyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 1 043.6 milyon manat təşkil edib.

“Kommersant.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ildə Azərbaycanın içkilər və tütün məmulatlarının satışından gəliri 0.7% artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19383,1 milyon manatlıq, o cümlədən 10436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.