USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti 67 dolları da vurub keçir

23.08.2021 İqtisadiyyat
1 0
Neftin qiyməti bir qədər də bahalaşmaqla 67 dolları ötüb.

“Kommersant.az” xəbər verir ki, Bakı vaxtı ilə 12:38 radələrində Brent markalı xam neftin bir barreli 1.83 dollar, yaxud 2.81% bahalaşmaqla 67.01 dollar olub.

WTI markalı xam neftin bir barreli 1.71 dollar, yaxud 2.75% bahalaşmaqla 63.85 dollar olub.

Hazırda neftin qiymətinə əsas təsiredici amillər – COVID-19 virusuna yoluxma və dolların indeksinin zəifləməsidir.

Çində iyul ayından bu tərəfə ilk dəfə sıfır yoluxma qeydə alınıb. ABŞ dollarının indeksi 9 ayın maksimumuna yüksələndən sonra yenidən düşməyə başlayıb.