USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağdsız valyuta bazarında aparılmış əməliyyatlar 4,2% AZALIB

24.08.2021 İqtisadiyyat
0 0
2021-ci ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.2% azalaraq 12.2 mlrd. ABŞ dolları ekvivalentində olub.

“Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə,nağdsız valyuta əməliyyatlarının 85.3%-i ABŞ dollarında, 14.7%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.3%-i banklararası valyuta bazarında (BVB), 70.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.