USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Şirzad Abdullayevi vəzifəsindən azad etdi

26.08.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Şirzad Abdullayevi müşavir vəzifəsindən azad edib.

“Kommersant.az” xəbər verir ki, məlumata görə, Ş.Abdullayev səhhətində yaranan problemə görə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Xatırladaq ki, 2018-ci ildən İqtisadiyyat nazirinin müavini olan Ş. Abdullayev 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Cabbarovun müvafiq əmri ilə, İqtisadiyyat Nazirinin müşaviri təyin olunmuşdu.

Qaynarinfo