USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl bahalaşa bilər

15.11.2021 İqtisadiyyat
0 0
Ötən həftə ABŞ-da inflyasiyanın son 31 ilin maksimumlarına yüksəlməsindən sonra monetar siyasətin sərtləşdiriləcəyi ehtimalları fonunda dolların dünya birjalarında bahalaşması nəticəsində EUR/USD 1.14, GBPUSD cütlüyü isə 1.33 hədlərinə qədər ucuzlaşıb.

Bu həftə Avropa və İngiltərədə açıqlanacaq inflasiya göstəriciləri tendensiyanın davam edib etməyəcəyinə ciddi təsir edə bilər.

Qlobal risklərin artması fonunda etibarlı liman maliyyə aləti olan qızıla tələb artırır. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1870$ üzərinə yüksələ bilsə, 1881$ və 1897$-a kimi bahalaşa bilər.