USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar 12 lirə oldu - REKORD

23.11.2021 İqtisadiyyat
0 0
Dollar/TL məzənnəsi 5%-dən çox artımla 12 lirə səviyyəsinə enərək rekord qırıb. Avro/TL isə 5%-dən çox artımla 13,59 lirə olub.

“Kommersant.az” xəbər verir ki, inkişaf etməkdə olan bazar valyutaları arasında ən çox dəyər itirən valyuta türk lirəsi olub.

Məlumata görə, dollar/TL çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatla bağlı açıqlamaları və FED sədri Jerome Powell-in yenidən bu vəzifəyə namizəd olmasından sonra 12 lirə səviyyəsini də qırıb. Avro/TL isə gündəlik bazada təxminən 5% artımla 13,55 səviyyəsindən çox olub.

Çərşənbə axşamı günü 5 % dəyər itirərək inkişaf etməkdə olan ölkələrin pul vahidləri arasında ən çox dəyər itirən valyuta türk lirəsi, Tayland bahtı isə 0,72 % azalma ilə ikinci yerdə qərarlaşıb. Noyabrın əvvəlindən türk lirəsinin ucuzlaşması 20%-i ötüb.

Türkiyənin kredit ödəməmə riski mükafatı 453 baz bəndi, 10 illik istiqraz faizi isə 21,06 % səviyyəsindədir.

Dolların ən çox satılan valyutalar qarşısında dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi, Baydenin Powell qərarından sonra 2020-ci ilin sentyabrından bəri ən yüksək səviyyə olan 1.185-ə çatıb. ABŞ Xəzinədarlığının 10 illik istiqrazlarının faizi 1,62%-ə yüksəlib.