USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğanın Maliyyə nazirini dəyişməsi lirəyə necə təsir edəcək?

02.12.2021 İqtisadiyyat
0 0
"Təəssüf ki, yaxın həftələrdə lirənin növbəti maksimumlarda ucuzlaşmasının şahidi ola bilərik”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xəzinə və Maliyyə nazirinin dəyişməsi ilə bağlı təyinatından danışarkən deyib. Onun fikirincə, yeni təyinata birjaların dərhal kəskin neqativ reaksiya verməsi onu göstərir ki, maliyyə siyasəti, pul-kredit siyasəti və Mərkəzi Bankın siyasəti dəyişməyəcək:

"Yəni faizin azaldılması və Mərkəzi Bankın müstəqilliyinin itirilməsi siyasəti təəssüf ki, davam edəcək. Bu da bazarlar və birjalar tərəfindən heç də xoş qarşılanmır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın Xəzinə və Maliyyə nazirini dəyişib. Prezident Lütfi Əlvanın yerinə Nurəddin Nəbatini təyin edib.

Qaynarinfo