USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis araq, likör və konyakın aksiz dərəcələrinin artırılmasını təsdiqlədi

03.12.2021 İqtisadiyyat
0 0
İçməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırılıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.