USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazirdən süni qiymət artımı edənlərə xəbərdarlıq

03.12.2021 İqtisadiyyat
0 0
Baş nazir Əli Əsədov Milli Məclisin iclasında ölkədə məhsulların qiymətinin artmasına münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, baş nazir pandemiyanın istehsal həcmlərinə mənfi təsir göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirir.

"Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”, - deyə Əli Əsədov əlavə edib.