USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə - ÇATIB

03.12.2021 İqtisadiyyat
0 0
2021-ci ilin noyabrında Türkiyədə illik inflyasiya 21,31 faiz artıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Bu, son üç il ərzində qeydə alınan ən yüksək göstərici olub.

Eyni zamanda oktyabrla müqayisədə inflyasiya 3,51 faiz artıb.

Qeyd edək ki, Türkiyə lirəsi bu ilin əvvəli ilə müqayisədə ABŞ dollarına nisbətən 45 faizdən çox ucuzlaşıb.