USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qazın qiyməti 1150 dollardan yuxarı qalxıb

08.12.2021 İqtisadiyyat
0 0
Çərşənbə günü Avropada qazın qiyməti birja ticarətinin əvvəlində 1000 kubmetr üçün 1150 dolları ötüb.

"Kommersant.az" xəbər verir ki, yanvar fyuçers müqaviləsinin qiyməti 1000 kubmetr üçün 1155 dollara yüksəlib (və ya MVt/saat üçün 98,875 avro).

Avropada qazın qiymətində bir gün əvvəl bağlanan qiymətlə müqayisədə ümumi artım 3%-dən çoxdur.

Bundan əvvəl “Qazprom”da departament rəhbəri Aleksandr İvannikov bildirmişdi ki, holdinq yaxın aylarda Avropada qazın qiymətində nəzərəçarpacaq azalma gözləmir.