USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manat ucuzlaşacaq? - MƏRKƏZİ BANK

08.12.2021 İqtisadiyyat
0 0
“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.

“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.

Report