USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiyaçı ölərsə, təqaüdü ailə üzvləri arasında bölünəcək

25.04.2022 İqtisadiyyat
0 0
“Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan dəyişikliklər ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq qeyd etmək istərdik ki, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur”.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.

Deputat qeyd edib ki, “Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur: “Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yəni dəyişikliklərdən sonra bu, reallaşacaq.

Məsələn, 400 manatı alan ailə başçısı dünyasını dəyişdikdən sonra onun yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşı öz pensiyasını alacaq və digər 400 manat isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək.

Dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.