USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Rusiya qızılının alışını bərpa edib

21.06.2022 İqtisadiyyat
0 0
İsveçrə Rusiya qızılının alışını bərpa edib, Banker.az bu barədə ölkənin Federal Gömrük və Sərhəd Agentliyinin məlumatlarına istinadən xəbər verir. Agentliyin məlumatına görə, may ayında İsveçrə Rusiyadan 3 tondan çox qızıl idxal edib. Bu, may ayında ölkəyə idxal olunan qızılın ümumi həcminin təxminən 2%-ni təşkil edir.

“Bloomberg”in qeyd etdiyi kimi, İsveçrə zavodlarının əksəriyyəti Ukraynada müharibə başlayandan az sonra Rusiyadan qızıl almaqdan imtina edib.

May ayında İsveçrə bütövlükdə xarici ticarəti gücləndirib. İdxalın həcmi aprel ayı ilə müqayisədə 10.3% artaraq 19.6 milyard avroya, ixrac isə 1.2% artaraq 21.4 milyard avroya çatıb.

May ayının nəticələrinə görə, Rusiyadan İsveçrəyə idxal 3.8% artaraq təxminən 18 milyon avro təşkil edib. Eyni zamanda, ixrac ay ərzində 42% artaraq 245 milyon avroya çatıb.