USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanda təbii qazın kommersiya tarifi artırılıb

01.07.2022 İqtisadiyyat
0 0
Gürcüstanın regionları və paytaxt Tbilisidə qeyri-əhali qrupuna daxil olan abunəçilər və sahibkarlıq subyektləri üçün təbii qazın istehlak tarifi artıb.

Yeni tariflər bu gündən qüvvəyə minib.

Tbilisidə qiymət bir kubmetrə görə 25 tetri artaraq 1,35 lari təşkil edib, bölgələrdə isə kommersiya obyektləri bir kubmetrə görə 1,15 lari əvəzinə 1,38 lari ödəməli olacaqlar.

Tariflərin artırılmasına səbəb dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin kəskin dəyişməsidir.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasından bildirilib ki, əhali qrupu üçün qazın tarifi 2023-cü ilə qədər dəyişməz olaraq qalacaq.

Qonşu ölkədə qazın kommersiya tarifinin artırılmasının çörəyin bahalaşacağına gətirib çıxaracağı gözlənilir.