USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Rusiyanın €1.2 mlrd. dəyərində aktivlərini dondurub

02.08.2022 İqtisadiyyat
0 0
Fransa Mərkəzi Bankın aktivlərini nəzərə almasaq, Rusiyanın 1.2 milyard avro dəyərində aktivlərini dondurub, bunu ölkənin Maliyyə və İqtisadiyyat Nazirliyinin kəşfiyyat və yeraltı maliyyə sxemlərinə qarşı mübarizə şöbəsinin rəhbəri Guillaume Valette-Valla deyib.

Bundan əvvəl Rusiyanın Avropa İttifaqındakı (Aİ) aktivlərinin əksəriyyətinin Almaniya, Fransa, İrlandiya, Avstriya, Belçika və Lüksemburq tərəfindən dondurulduğu bildirilib.

İyunun sonunda ABŞ Maliyyə Nazirliyi 100 gün ərzində Rusiya Mərkəzi Bankının və rusların sanksiyalar altında olan 330 milyard dollardan çox aktivlərinin bloklandığını və ya dondurulduğunu açıqlayıb.