USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qiymət artımları yüksəlməkdədir - İnflyasiya 13% oldu

10.08.2022 İqtisadiyyat
0 0
2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113.0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118.7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107.0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110.1 faiz təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113.7 faiz təşkil etmişdir.