USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərc oyunları ilə bağlı yeni - QƏRAR

19.08.2022 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:

– təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək – hər ay üçün aylıq dövriyyənin 1 faizi;

– təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün – aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;

– təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz

milyon) manat məbləğindən artıq olduqda – hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.

Qeyd edək ki, bundan əvvəl qüvvəyə olan qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilmişdi.