USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub

03.10.2022 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin sədr müavini Mahir Məlikov nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin olunub.

O, bu vəzifədə bir qədər əvvəl nazirliyin İnsan resurslarının İdarə edilməsi şöbəsinin müdiri təyin edilmiş Fuad Mayılovu əvəz edib.

Yaxın vaxtlara qədər həmin şöbəyə Elvin Paşayev rəhbərlik edib və bu il iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

“Aqroservis”də boş qalmış müavin vəzifəsi isə Ramin Əliyevə həvalə edilib. O, bundan əvvəl Daxili nəzarət və audit şöbəsində çalışıb.