USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya dollar və avrodan imtina edir - Bakıdakı forumda açıqlama

27.10.2022 İqtisadiyyat
0 0
Rusiya üçün dollar və avrodan imtina geri dönməz prosesdir.

Bunu VTB-nin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostin bu gün Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə Rusiyanın əsas tərəfdaşları Çin, Aİİ ölkələri, Yaxın və Orta Şərq dövlətləri, Latın Amerikası və Afrika qitəsi olacaq.

“Bu qrup ölkələrlə ticarətdə milli valyutalara keçid bizim üçün ən vacib prioritetdir”, – deyə o bildirib.