USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Azərbaycanda hasil edilmiş neftin həcmi açıqlanıb

11.11.2022 İqtisadiyyat
0 0
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 17,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata əsasən, hesabat dövründə 21,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,7 milyon tona yaxını konsorsiumun, 1,2 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2022-ci il tarixinədək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 noyabr tarixinədək 601 milyon tonu ixraca nəql edilib.

2022-ci ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton təşkil edib.