USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzerGold” işçi sayını açıqladı

14.11.2022 İqtisadiyyat
0 0
“AzerGold” QSC-nin 30.06.2022-ci il tarixinə işçilərinin sayı 538 nəfər təşkil edib.

30.03.2022-ci il tarixində isə “AzerGold”da işçi sayı 512 nəfər olub ki, bu da 3 ayda 26 nəfərin artması deməkdir.

Ötən ilin eyni dövründə şirkətdə 470 nəfər çalışıb. Belə ki, illik müqayisədə “AzerGold”un işçi sayı 68 nəfər artıb.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.