USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Muskdan bitkoinlə bağlı proqnoz

15.11.2022 İqtisadiyyat
0 0
Amerikalı sahibkar, “Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” olacağını proqnozlaşdırıb.

İş adamı ABŞ investoru Ceyson Kalakanisin ilk kriptovalyutanın perspektivləri ilə bağlı sualını belə cavablandırıb.

Qeyd edək ki, hazırda milyarder Mask “Forbes”in reytinqinə görə 195,4 milyard dollarlıq sərvətə sahibdir.

Bitkoinin dəyəri isə hazırda 16 500 dollar civarındadır.

Oxu.az