USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qarğıdalı və günəbaxan yağının qiyməti bahalaşır - Qiymət

21.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda oktyabr ayında qarğıdalı və günəbaxan yağlarının orta aylıq pərakəndə satış qiymətləri artıb.

Oktyabr ayında qarğıdalı yağının 1 litrinin orta qiyməti 7.25 manatdan 7.46 manata, yerli qiyməti 6.75 manatdan 7.17 manata, idxal qiyməti isə 7.49 manatdan 7.61 manata qalxıb.

Günəbaxan yağının 1 litri isə aylıq müqayisədə 0.7% bahalaşma ilə 5.70 manatdan 5.74 manata qədər bahalaşıb.

Zeytun yağında bahalaşma oktyabr ayında cəmi 1.2% artmaqla 14.66 manat təşkil edib.